Bakıda qocalar evində meyit tapılıb.

 Meyit oktyabrın 28-də Xətai rayonunda yerləşən “Ana Tereza” qocalar evində aşkarlanıb. Üzərində zorakılıq əlamətləri görünməyən 70-75 yaşlı kişiyə məxsus olub. 

Xətai rayon Polis İdarəsindən ANS-ə verilən məlumata görə, “Ana Tereza” sığnacaq evi olub. Meyiti tapılan şəxs isə küçədə yaşayan bomj imiş. Həmin şəxsi vətəndaşlar küçədə tapıblar. Onun vəziyyəti ağır olub. Kimsəsizlər üçün nəzərdə tutulan sığınacağa aparılan kişi sonradan ölüb.

Onun kimliyini müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.