“Fresko” marketlər şəbəkəsinin reklamında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib.

Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildiriblər ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı bu marketlərdə satılan məhsulların üstünlüyü fikrini yaradan “Fresko” market-ən yaxşısı sizin üçün” məzmunlu ifadədən istifadə edildiyi müəyyən olunub.

Bununla əlaqədar “Fresko” marketlər şəbəkəsinin məxsus olduğu “Azəri Retail” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Araşdırmalar davam etdirilir./azertac/