1995-ci ildən 2013-cü ilə qədər Türkiyədən Azərbaycana 1,9 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub.

Bunu bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib.

Onun sözlərinə görə, 2013-cü ilə qədər Azərbaycan Türkiyəyə 5 mlrd. dollar həcmində investisiya yatırıb.

Nazir müavini qeyd edib ki, bu gün qardaş ölkədə 1 500-dək şirkət fəaliyyət göstərir.

Nazir müavini Türk şirkətlərini Azərbaycanda daha da sıx işləmələrini və ixrac potensiallarını artırılmalı olduqlarını bildirib.