Bu gecə Bakının Sabunçu rayonu ərazisində 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Zabrat qəsəbəsində qeydə alınıb.

Balaxanı qəsbəsinə dönmək istəyən "VAZ-2107" markalı avtomobil qarşıda dayanan başqa bir "VAZ-2107"yə arxadan çırpılıb. Bundan sonra qarşı yola çıxan "VAZ-2107" qarşıdan gələn "Hyundai" markalı maşınla toqquşub.

Qəza nəticəsində "Hyundai"nin sürücüsü, 22 yaşlı Mollazadə Səddam Məhəmməd oğlu, eləcə də, "BAZ-2107"nin sürücüsü, 31 yaşlı Mikayılov Namiq Əlirəhmət oğlu və sərnişin, 32 yaşlı Hüseynov Natiq Əlihüseyn oğlu xəsarət alıblar.

Hər üç yaralı ağır vəziyyətdə 3 saylı şəər klinik xəstəxanasına çatdırılıb.