İşğal altındakı Kəlbəcər rayonunda Qarabağ separatçıları tərəfindən girov götürülmüş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə Xankəndində növbəti qondarma məhkəmə prosesi qurulub.

Modern.az saytı Ermənistan mediasına istinadən xəbər verir ki, girovlar tək-tək “hakim” Anatoli Tadevosyanın qarşısına çıxarılaraq suallara cavab veriblər. 

Qeyd edək ki, separatçı rejimin soydaşlarımıza qarşı təşkil etdiyi qondarma məhkəmə oktyabrın 27-dən başlayıb.

Girovlar məhkəmədə onlara qarşı irəli sürülən “casusluq” ittihamının doğru olmadığını, işğal olunmuş Qarabağla Azərbaycan arasında sərhəd tanımadıqlarını bildiriblər.