Təhsil Nazirliyinin rəsmisi universitetlər üçün şəhərciklərin- kampusların salınmasından danışıb.

"Universitet şəhərciklərinin - kampusların yaradılması üçün artıq iş başlayıb".

Bu barədə Modern.az saytına Təhsil Nazirliyinin Elm və təhsil şöbəsinin rəhbəri Gültəkin Hüseynova məlumat verib.

Onun sözlərinə görə, bu iş üçün panlaşdırılma aparılmalıdır:

"Bunun üçün planlaşdırılma aparılmalı və maliyyə ayrılmalıdır. Sonra tikintiyə başlanılacaq. Kampuslar Xocasən ərazisində salınacaq".