Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakının  Sabunçu rayonunda qeydə alınıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1979-cu il təvəllüdlü Quliyev Elşən Rəşid oğlu idarə etdiyi “Mitsubishi” markalı minik  avtomobilində aldığı bədən xəsarətlərindən  hadisə  yerində  keçinib.

Xilasedicilər sıxılmış  vəziyyətdə qalmış  cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 22:41-də başa çatıb./apa/