Türkiyənin məşhur kino aktyoru, Azərbaycanda da kifayət qədər tanınan Kadir İnanır iştirak etdiyi proqramda terrorçu lider Abdullah Öcalan barədə müsbət fikirlər səsləndirib.

Aktyor “CNN Türk” kanalında jurnalist Şirin Payızın suallarına cavab verib. İnanır Abdullah Öcalanın öz xalqının rəhbəri mövqeyində bir insan olduğunu deyib.

AKP hökumətinin kürd separatçıları ilə atəşkəsə nail olmaq üçün yaratdığı “Aqil İnsanlar” heyətinin də üzvü olan Kadir İnanır vurğulayıb ki, bu statusu ilə heç də AKP hökumətinin bütün qərarlarını dəstəkləmir. 

“Abdullah Öcalanın bu prosesdəki əhəmiyyətini qəbul etməyə məcburuq. O həqiqətən öz xalqının rəhbəri, lideridir. Sülh prosesi inkişaf etdikcə görəcəksiniz ki, problem təməlindən həll olunacaq. Amma bu qədər ildə meydana gəlmiş bir problemi bir anda həll etmək mümkün deyil. Adı üstündə, “süreç” (Barış süreci – sülh prosesi) deyilir”. 

Qeyd edək ki, proqramda Kadir İnanırın terrorçu liderlə görüşmək üçün İmralı adasına gedəcəyi də ifadə olunub./ans/