Gürcüstan DİN-in əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kvibisi kəndində “Borjomi” mineral suları istehsal edən 3 qanunsuz müəssisə aşkar ediblər.

Bu barədə DİN-in saytında bildirilir.  

Məlumata görə,  DİN-in əməkdaşları saxta mineral su ilə doldurulmuş 4650 butulka və saxtalaşdırılmanı təsdiqləyən digər əşyalar müsadirə ediblər.

Fakt üzrə istintaq aparılır./apa/