Ermənistanda çörək istehlakının ildən ilə azalması əhalinin köçməsi ilə bağlıdır. 

Bu barədə İrəvanda dərc olunan “Joxovurd” qəzeti yazıb.

Qəzetin məlumatına görə, keçən illə müqayisədə bu il Ermənistanda çörək istehlakı 1,8% azalıb. Bu ilin ilk 9 ayında bu ölkədə 218 min 800 ton çörək bişirilib. Halbuki, keçən ilin uyğun dövründə 221 min 900 ton bişirilmişdi. 

“Joxovurd”un məlumatına görə, ölkənin rəsmi əhalisinin 3 milyon 19 min olduğu nəzərə alınarsa, çörək yeyənlərin 1,8% azalması ölkə əhalisinin keçən il 54 min nəfər azalmasından xəbər verir./ans/