"Yüksək səviyyəli görüşlər nəticəsiz qurtardıqdan sonra hər dəfə təmasın xəttində gərginlik başlayır. Münaqişə tərəflərin prezidentlərinin son üç görüşü onu göstərir ki, onlar hansısa məsələlərdə razılığa gəlməyiblər və nəticədə bu gərginlik baş verir."

Bu barədə Qafqaz məsələləri üzrə ekspert, politoloq Andrey Yepifantsev Qarabağ münaqişəsi zonasında yaranmış gərgin vəziyyəti şərh edərkən bildirib.

O, təmas xəttində vurulan erməni hərbi vertolyotu ilə bağlı Ermənistanın təhlükəsizliyinin təminatçısı kim Rusiya tərəfindən rezonans doğurmadığına aydınlıq gətirib: "Rusiya öz mövqeyini kifayət qədər saxlamağa çalışır və ona görə adekvat tədbirə əl atmır. Çünki baş verən hadisə strateji planda regionda yaranmış vəziyyəti dəyişdirmir. Vertolyotla bağlı hadisə kədərli və faciəlidir, Rusiya bunu dəstəkləmir və tənqid edir. Bir sözlə, Rusiya təmkinlilik göstərir."

Onun sözlərinə görə, buna səbəb indi Rusiyanın diqqətinin Ukraynada cəmləşməsidir: "Bəli, Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısıdır, amma bu zəmanətlər belə hadisələrdə işə yaramır. Əgər təsəvvür etsək ki, sabah Ermənistan və Azərbaycan arasında müharibə başlanacaq, onda Rusiya hərbi müdaxiləyə təşəbbüs göstərməyəcək və yalnız diplomatik üsullarla bu müharibənin qarşısını almağa çalışacaq. Əgər bütün Ermənistan müharibəyə cəlb olunsa, onda Rusiya qarışmağa məcbur ediləcək. Təbii ki, bu təminat Ermənistana aiddir, Qarabağa yox. Əgər Qarabağla bağlı nəsə olacaqsa, onda Rusiya ancaq diplomatik üsullarla bunun qarşısını almağa çalışacaq."

Politoloq vurğulayıb ki, bu gün Minsk qrupunun apardığı proses dalana dirənib, çıxış yolu yoxdur. Son 20 ildə tərəflər münaqişənin nizama salmasının bütün variantlarını müzakirə edib və bəzi məsələlər danışıqlar masası üzərindədir. Bu, İrəvanı və Bakını təmin etmir.

A.Yepifantsev deyib: "Hər iki ölkənin ictimaiyyəti liderlər tərəfindən edilən güzəştlərlə razılaşmayacaqlar, yəni ictimai əhval-ruhiyyə də danışıq prosesinə mane olur. "Mənə hər şey, rəqibə heç nə" prinsipi müsbət nəticəyə gətirmir. Ona görə, tərəflər özündə güzəştlər üçün güc tapmalıdır. Bəziləri düşünürlər ki, əgər müharibə yenilənəcəksə, onda, beynəlxalq cəmiyyət yeni razılaşma formalaşdıra bilər."/ans/