Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə Fransa "Sent-Etyen"inin qonağı olacaq "Qarabağ" klubu noyabrın 25-də Fransaya gedib.

Qeyd edək ki, noyabrın 27-də keçiriləcək "Sent-Etyen" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Bu klubların Bakıda keçirilmiş ilk qarşılaşmasında hesab açılmamışdı.