Türkiyədən ABŞ-a həssas xəbərdarlıq.

ANS-in məlumatına görə, Ankarada, Türkiyə Xarici İşlər Nazirliyində görüş keçirilib. Xarici işlər naziri Mövlüd Çavuşoğlu ABŞ-ın Türkiyədəki səfiri Con Baası qəbul edib. 

Ankara qondarma erməni soyqırımının 100 iliyinə hazırlıqla bağlı mesajını verib. 

Türkiyə 1915-ci il hadisələrinin 100 illiyi ilə bağlı ermənilərin başladığı kampaniyanın təsirlərinə qarşı hərəkət keçib. Görüşdə erməni diasporunun 1915-ci il hadisələrini soyqırımı kimi qələmə vermə, ABŞ Nümayəndələr Palatasının gündəliyinə salınması cəhdlərləri ilə bağlı müzakirələr aparılıb. 

Nazir qondarma soyqırımı iddialarının ABŞ-da gündəmə salınmasının iki ölkə arasındakı münasibətlərə mənfi təsir edə biləcəyini qeyd edib. 

Çavuşoğlu ABŞ rəhbərliyinin Türkiyənin həssaslığını diqqətə almasını istəyib və erməni diasporunun cəhdlərinin ikitərəfli münasibətlərə zərər verməməli olduğu mesajını verib.