Rusiya Ali Məhkəməsi Rusiya  vətəndaşı Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun apelyasiya şikayətinə baxacaq.

Bu il iyulun 28-də Moskva şəhər məhkəməsi tərəfindən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum edilən Orxan Zeynalovun şikayət ərizəsi oktyabrın 23-də Ali Məhkəməyə daxil olub. Məhkəmənin qərarı ilə apelyasiya şikayətinə baxılması üçün proses noyabrın 27-nə təyin olunub. 

Rusiya mətbuatının məlumatına görə, Orxan Zeynalovun vəkilləri apelyasiya şikayətlərində Orxan Zeynalov barəsində cinayət işinin dayandırılmasını və hökmün ləğv olunmasını tələb edir.

2013-cü il oktyabrın 10-da Moskvanın Biryulovo rayonunda mübahisə zəmində 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirən Orxan Zeynalov keçirilən məhkəmədə özünü günahsız hesab edib./modern.az/