Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Pyotr Poroşenkonu əgər onun ölkəsi Avropa İttifaqına və NATO-ya üzv olmaqdan imtina etməzsə, açıq şəkildə yeni hücum edəcəyi ilə hədələyib. 

Putin Poroşenkonu qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı tanımayacağı halda da müharibə hədəsi səsləndirib.

Məlumatda qeyd edilir ki, noyabrın 26-da Poroşenko telefonla saat yarımdan çox Putinlə danışıb, bundan sonra prezident kifayət qədər dilxor halda fraksiyanın iclasına gəlib. Ukrayna vaxtı ilə saat 22:00-da “Pyotr Poroşenkonun Bloku”nun başa çatmasını gözləyən jurnalistlər Prezident Administrasiyasından Rusiyanın bu ölkədəki səfiri Mixail Zurabovun çıxdığını görüblər.

“Rusiya ilə problem var-onlar yeni hücumla hədələyir və separatçı respublikaları tanımağı, eləcədə Avropa İttifaqına və NATO-ya üzvlükdən imtinanı tələb edirlər”, - Prezident Administrasiyasındakı mənbə belə deyib./modern.az/