Kiyevə əfsanəvi azərbaycanlı döyüşçü “Balu”nun cəsədi gətirilib.

Bu barədə informasiyanı “TCN.ua” yayıb.

Məlumatda onun Bakıda doğulduduğu və 11-ci “Kiyevskaya rus” batalyonunda kəşfiyyat qrupunun rəhbəri olduğu deyilib. Əsl adı İlqar Bağırov olan “Balu” oktyabrın 1-də 3 döyüşçü ilə birlikdə kəşfiyyata gedib və tələyə düşüb.

Əsir düşməməsi üçün azərbaycanlı qəhrəman özünü rus əsgərləri ilə birgə partladıb. Uzun müddətdən sonra məhz bu gün onun cəsədi tapılıb.

Ukrayna mətbuatı isə İlqar Bağırovun sağlığında əfsanə olduğunu yazıb. 44 yaşlı azərbaycanlı qəhrəmanın bu gün Kiyevin İrpen bölgəsində dəfn ediləcəyi bildirilib.

İlqardan geriyə isə həyat yoldaşı və 13 yaşlı qızı qalıb./axar.az/