Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov Modern.az-a açıqlamasında avtobuslarda gediş haqlarının qaldırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib:

 “Söz-söhbət gedir, sahibkarlar da qiymət artımı üçün bizə müraciət edirlər. Amma Nəqliyyat Nazirliyi tərəfindən qiymət artımı ilə bağlı faktiki olaraq Tarif Şurasına müraciət edilməyib.

Hazırda Milli Məclisdə də müzakirələr gedir ki, benzinin qiyməti azaldılsın. Buna görə də bilmək olmaz qiymət düşəcək, yoxsa qalxacaq. Bu, Tarif Şurasının səlahiyyətində olan məsələdir”.