Rusiyanın Primorsk diyarında bu ilin 11 ayında nikaha daxil olan vətəndaşlarla bağlı statistika açıqlanıb. 

Modern.az saytı Rusiya mətbuatına isitnadən xəbər verir ki, Primorsk diyarının statistika komitəsinin açıqladığı məlumata görə, 2014-cü ilin 11 ayı ərzində 65 yerli sakin Azərbaycan vətəndaşı ilə ailə həyatı qurub. 

Bu göstərici ilə azərbaycanlılar yerli sakinlərin nikaha daxil olduğu 4-cü ən böyük xarici ölkə vətəndaşlarıdır. 

Diyarda Rusiya vətəndaşlarının ən çox nikaha girdikləri əcnəbilər Özbəkistan vətəndaşlarıdır (86). İkinci yerdə Tacikistan (79), üçüncü yerdə isə Ermənistan (70) vətəndaşlarıdır.

Ümumlikdə, Primosrk diyarında 2014-cü ilin geridə qalan 11 ayında 16 min 929 yeni ailə qurulub.