Rus rublunun dollar və avro qarşısında dəyərinin itirməsi rusiyalı oliqarxlardan da yan keçməyib.

Apasport.az saytının məlumatına görə, sözügedən ölkənin milyarderləri son 48 saat ərzində 8,65 milyard dollar ziyana düşüb.

Bunlar arasında Avropanın  nəhəng futbol klublarına rəhbərlik edən milyarderlər də var. Siyahıda “Çelsi”yə rəhbərlik edən Roman Abramoviç, “Monako”nun sahibi Dmitri Rıbolovlev və İngiltərə “Arsenal”ının ortaqlarından olan Alişer Usmanovun da adları yer alıb. Maliyyə böhranı bu 3 biznesmendən ən çox Usmanova ziyan vurub.

809 milyon dollar itirən Alişerin cəmi 13,4 milyard dollar varidatı qalıb. İkinci Abramoviç (449,5 milyon dollar itirib - 12,8 milyard dollar varidat) və üçüncü isə Rıbolovlevdi ki, böhranın pəncəsinə “keçib”. O, 150,1 milyon dollar ziyana düşərək, cəmi 9,8 milyard dollar varidata sahibdir.