Koalisiya qüvvələrinin İŞİD-ə qarşı apardığı əməliyyatlar hələ 3 il davam edə bilər.

Modern.az saytının məlumatına  görə bunu İŞİD-ə qarşı mübarizədə iştirak edən hərbi qüvvələrin baş komandanı Ceyms Terri deyib.

O, Pentaqonda  jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, İŞİD-ə qarşı mübarizədə səbrli olmaq vacibdir.  

Generalın sözlərinə görə İŞİD-in mövqeləri artıq zəifləmək üzrədir.

Ceyms Terri qeyd edib ki, 1500 ABŞ hərbçisi yaxın vaxtlarda İŞİD-ə qarşı əməliyyatlarda iştirak etmək üşün İraqa gedəcək.  

Qeyd edək ki, İŞİD Suriya və İraqda terror törətməkdə davam edir.