Dekabrın 18-də Beynəlxalq Sülh Üzrə Karnegi Fondunda “Dağlıq Qarabağ münaqişəsi və Madrid prinsiplərinin gələcəyi” mövzusunda tədbir keçirilib.

Müzakirələrdə Barışıq Resursları təşkilatının əməkdaşları, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri çıxış edib.

Məruzəçilər Madrid Prinsiplərinin Dağlıq Qarabağ Münaqişəsinin həllindəki rolunu müzakirə ediblər.

Müzakirəyə moderatorluq edən Tomas de Vaal bu ilin Azərbaycan-Ermənistan münasibətlərinin 20 ildə ən gərgin il olduğunu deyib. O, regiondakı hadisələrin, əsasəndə Ukraynada baş verən hadisələrin Qafqaza təsir göstərdiyini bildirib.

Barışıq Resursları təşkilatının Qafqaz üzrə layihə rəhbəri Ziqfrid Vober Qarabağda baş verən hadisələrin mənfi mahiyyətini vurğuluyaraq sülhün çətin olduğunu deyib. O, hər iki ölkənin hərbi qüvvələrini gücləndirdiyni və hökümətlərin ritorikalarının ifrat olduğunu və bunun millətçiliyin artmasına səbəb olduğunu qeyd edib.

Laurens Broers Madrid Prinsiplərinin dörd zəruri struktur elementlərini sadalayıb. Bunların sırasına məcburi köçkünlərin Qarabağa qayıtmaq haqları; Dağlıq Qarabağın müvəqqəti statusu; Laçın korridoru və onun təhlükəsizliyinin təmin olunması; beynəlxaq və yerli təhlükəsizlik təminatçılarının hərtərəfli sülh sazişinin imzalanmasındakı rolu daxildir.

Daha sonra müzakirədə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri çıxış edərək Madrid Prinsiplərinin münaqişənin həllindəki rolu ilə bağlı fikirlırini bildiriblər.

Tədbir sual-cavab sessiyası ilə sona çatıb./voa/