Türkiyənin Yalova vilayətində bələdiyyə başıçısı əlində motorlu mişar olan şəxsin hücumuna məruz qalıb. 

Hadisə vilayətin Çinarcık rayonunun Koru qəsəbəsində baş verib. Qəsəbə sakini 35 yaşlı Hüseyn K. Motorlu mişarla qəsəbənin bələdiyyə binasına hücum edib.

Mişarı işə salaraq bələdiyyə əməkdaşlarını hədələyən şübhəli daha sonra bələdiyyə sədri Kamil Yamanın xidməti otağına girib. Otağı 2-ci mərtəbədə olan sədr isə bələdiyyə əməkdaşlarının pəncərəyə söykədiyi nərdivanla hadisə yerindən qaça bilib. 

Yalova valisinin hadisə yerinə gəlməsinə hiddətlənən Hüseyn K. əlindəki mişarla əşyalara ziyan vurub. Çinarcık icra nümayəndəsi ilə də danışığa razı olmayan Hüseyn K. Sonda jandarmlara təslim olub. 

Faktla bağlı istintaq başladılıb./ans/