Səudiyyə Ərəbistanının kralı Abdullah ibn Əbdüləziz dünyasını dəyişib. 

Abdullah ibn Əbdüləziz xeyli vaxt idi xəstəxanada qaraciyər xəstəliyindən müalicə olunurdu. Onun 91 yaşı vardı.

Vəfat edən kralın yerinə vəliəhd şahzadə Salman ibn Əbdüləziz təyin olunub. Yeni kral Salman ibn Əbdül Əziz əl Səudun 79 yaşı var.

O, 2012-ci ildən ölkənin müdafiə naziri vəzifəsində çalışıb. Bundan əvvəl isə o paytaxt Ər Riyad əyalətinin qubernatoru olub.