"Bakı Metropoliteni"ndə qatarların hərəkətində problem yaranıb.

İlkin məlumata görə, qatarlardan biri "Ulduz" metro stansiyası istiqamətində tuneldə qalıb. 

Problem təxminən bir saatdan sonra həll olunub. Qatarda halı pisləşənlər olub. 

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev ans-ə açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, Həzi Aslanov-İçərişəhər xətti ilə hərəkət edən 11 saylı qatarda texniki nasazlıq yaranıb:

“Qatar “Ulduz” stansiyasına çatmamış tuneldə qalıb. Köməkçi qatar vasitəsi ilə nasaz qatar stansiyaya gətirilib. Daha sonra sərnişinlər qatardan boşaldılıb. Nasaz qatarın əvəzinə isə xəttə yeni qatar buraxılıb. Texniki problem olduğu üçün qatarların hərəkətində 10 dəqiqəlik gecikmə baş verib”.