Azərbaycan Xarici İşlər Nazirliyinin mәtbuat xidmәtinin rəhbəri Hikmət Hacıyev ABŞ-dan olan həmsədr Ceyms Uorlikin "twitter" vasitəsilə paylaşdığı xəbərə şərh verib.

APA-nın mәlumatına görә, onun "twitter" səhifəsində yazdığı mәlumatda deyilir:

"Biz də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edirik ki, Ermənistan rəhbərliyini zorakı təxribatçı əməlləri dayandırmağa və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa vadar etsinlər". 

Xatırladaq ki,ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinə müraciət edib.

Bu barədə C.Uorlik öz “Twittet” səhifəsində yazıb.

Amerikalı diplomat tərəfləri təmas xəttində qarşıdurmanı dayandırmağa çağırıb: “Prezidentlərə müraciət edirəm ki, təmas xəttində qarşıdurmanın dayandırılması, danışıqlara riayət edilməsi üçün lazımi tədbirlər görsünlər”.