Xocalı soyqırımının 23-ci ildönümü ilə əlaqədar Avstraliyanın Sidney şəhərində daha bir anım tədbiri keçirilib.

Səfirlikdən Trend-ə bildirblər ki, ölkənin ən böyük məscidi – Gelibolu Camisində cümə namazından öncə iştirakçılara Xocalı faciəsi ilə bağlı məlumat verilib, soyqırm qurbanlarının ruhuna dualar oxunub.

Eyni zamanda, məscidin girişində faciənin necə qəddarlıqla törədilməsini əks etdirən fotoşəkillər nümayiş olunub və Xocalı faciəsinin soyqırım kimi tanınması məqsədi ilə federal və ştat parlamentlərinə ünvanlanacaq icma petisiyası üçün imza toplanması davam etdirilib.

Qeyd edək ki, 26 fevral tarixində Azərbaycanın Avstraliyadakı səfirliyinin yaxından dəstəyi ilə Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyəti tərəfindən Sidney şəhərinin mərkəzində 6 saatlıq imzatoplama və məlumatlandırma aksiyası təşkil olunmuşdu.