Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan Ordusunun bir hərbçisi öldürülüb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə ötən gün saat 20:40 radələrində baş verib.

Cəbhə xəttində xidmət edən 19 yaşlı əsgər Albert Safaryan aldığı güllə yarasından ölüb.

Hazırda hərbi hissə komandanlığı hadisənin motivini dəqiqləşdirir.