Amerika Birləşmiş Ştatları Dövlət Departamenti bir daha qondarma rejim tərəfindən qanunsuz saxlanılan azərbaycanlı girovlarla bağlı açıqlama verib. 

ANS-nin məlumatına görə, bir neçə gün öncə Dövlət Departamentinin sözçüsü Cen Psaki Rəsmi Vaşinqtonun Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsini amerikalı həmsədr Uorlik vasitəsilə müdafiə etdiyini demişdi.

Amma Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın heç bir həmsədrin girovların azad edilməsinə dair çağırış etmədiyini deyib. 

Departamentin sözçüsü Cen Psaki isə öz növbəsində Ermənistanin xarici işlər naziri Edvard Nalbandyanın bu açıqlamasına münasibət bildirib.

“Mən düşünürəm ki, bu barədə ictimai şərhi vermişik. Mən bir daha qeyd edirəm ki, mən buradan bu çağırışı etmişəm. Bu Dövlət Departamentinin və ən yüksək səviyyəli şəxslərin mövqeyini əks etdirir”-deyə Psaki bildirib.