"Koroğlu" metrostansiyası ərazisində idmançıların Atletlər kəndindən idman arenalarına daşınması məqsədilə nəzərdə tutulan avtobusların saxlanılması üçün müvəqqəti dayanacaq meydançaları inşa olunur.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat katibliyindən məlumat verilib.

Məlumata görə, dayanacaq meydançalarını ayırmaq məqsədilə həmin əraziyə səki daşları düzüləcək: "Bununla da hər arenaya gedən avtobusların duracaq yerləri müəyyənləşəcək.

Sözügedən meydança drenaj sistemi ilə təmin olunub. Bundan əlavə həmin ərazidə işıqlandırma və digər abadlıq işləri nəzərdə tutulub".