Uydurma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı İrəvanda keçiriləcək tədbirlərdə ABŞ-ı maliyyə naziri Ceykob Lyu təmsil edəcək.

Ağ Ev aparat rəhbəri Denis Makdonou və prezident Barak Obamanın xarici siyasət məsələləri üzrə müşaviri Ben Rods ötən gün bu qərar barədə erməni diasporunun liderlərini məlumatlandırıblar.  

Onların sözlərinə görə, Ceykob Lyuya aprelin 24-də İrəvanda ABŞ-ın erməni xalqı ilə həmrəy olduğunu nümayiş etdirmək göstərişi verilib.

Qeyd edək ki, mətbuat xidmətinin məlumatında 1915-ci ildə “amansız qətliam” və  o   “1,5 mln erməninin ölümü” kimi ifadələrin yer almasına baxmayaraq, müəlliflər bəyanatda bir dəfə də olsun “soyqırımı” ifadəsindən istifadə etməyib.

Press relizə əsasən, Ağ Ev  Ermənistanın bu məsələdə mövqeyini alqışlayır və fürsətdən istifadə edərək bütün tərəflərin maraqlarına uyğun şəkildə “faktların tanınması” ilə bağlı çağırış edəcəyini vəd edib.  

Qeyd edək ki,  görüşdən sonra ANKA (Amerika erməni milli komitəsi) sədri Ken Xaçikyan Obamanın Türkiyə qarşısında kapitulyasiyası ABŞ üçün milli rüsvayçılıq olduğunu bildirib. “Sadə dillə desək, bu etimada xəyanətidir”, deyə erməni diasporunun liderlərindən biri qeyd edib./apa/