Azərbaycanda nəşr olunan qəzet və jurnalların satışı bazarında vəziyyət necədir?

Modern.az saytı qəzet-jurnal yayımı ilə məşğul olan “Qaya” və “Azərmətbuatyayımı” firmalarının rəhbərlərini bu mövzuda danışdırıb.

“Qaya” mətbuat yayımı firmasının direktoru Xanhüseyn Əliyev deyib ki, hazırda mətbuat yayımının vəziyyəti çox acınacaqlı vəziyyətdədir:

“Vətəndaşlarda alıcılıq qabiliyyəti çox aşağı düşüb. Əvvəllər 3 qəzet-jurnal alanın indi birinə imkanı çatır. Vəziyyət olduqca çətindir. Bu məsələ ilə bağlı danışılası nəsə qalmayıb”.

Firma rəhbəri əlavə edib ki, alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlı abunə filiallarının sayı azaldılacaq. 

“Azərmətbuatyayımı” Açıq Səhmdar Cəmiyyətinin sədri Süleyman Salmanov da qəzet satışında problemin olmadığını bildirib: “Alıcılıq qabiliyyəti aşağı düşüb. Abunə sistemində də hər hansı yenilik yoxdur”.