Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçı siyasət onu regiondakı beynəlxalq enerji layihələrində iştirakdan təcrid edib.

Bunu Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Volkan Bozkır deyib.

Onun sözlərinə görə, Ermənistan özünə böyük ziyan vurur.

1915-ci il hadisələrini şərh edərkən V.Bozkır vurğulayıb ki, Türkiyə heç vaxt bu hadisələri “erməni soyqırımı” kimi tanımayacaq.

Nazir həmçinin qeyd edib ki, 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan ölkələr bunun mənfi nəticələri barədə düşünməlidirlər./trend/