Bakıda məktəbdə yanğın baş verib.

Bakı şəhər, Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus, ümumi sahəsi 5202 kv.m olan üçmərtəbəli orta məktəbin hər mərtəbəsinin dəhlizində quraşdırılan 3 ədəd elektrik lövhəsi yanıb. Yanğın zamanı 20 nəfər şagird yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub./apa/