Azərbaycan Fransız Universitetinin yaradılması haqqında niyyət protokolu imzalanıb.

Bu gün səhər Azərbaycan prezidenti İlham Əliyev və Bakıda işgüzar səfərdə olan Fransa prezidenti Fransua Olland arasında təkbətək görüş keçirilib.

Görüşdən sonra Azərbaycan və Fransanın təhsil nazirləri Azərbaycan Fransız Universitetinin yaradılması haqqında niyyət protokolu imzalayıblar.

Qeyd edək ki, F. Olland Bakıya aprelin 24-də axşam gəlib./apa/