Türkiyə Xarici İşlər nazirliyi üç ölkə prezidentinin 1915-ci il hadisələri ilə bağlı açıqlamalarına reaksiya verib. 

Türkiyə XİN-i Rusiya dövlət başçısı Vladimir Putinin, Almaniya prezidenti Yoahim Qaukun və ABŞ prezidenti Barak Obamanın çıxışlarına sərt şəkildə münasibət bildirib.

“Rusiya dövlət başçısı Vladimir Putinin bütün xəbərdarlıq və çağırışlarımıza baxmayaraq, 1915-ci il hadisələrini soyqırım olaraq qəbul etməsini rədd edir və kəskin şəkildə qınayırıq”, – deyə Rusiya ilə bağlı açıqlamada deyilir.

Almaniya prezidenti Yoahim Qaukun da çıxışı cavabsız qalmayıb: “Alman prezident Qaukun Berlin katedralında təşkil edilən mərasimdə türk millətinin etmədiyi bir suçu boynuna qoymağa haqqı yoxdur.”

Türkiyə XİN-i Ağ Ev rəhbərinin 24 aprellə bağlı verdiyi açıqlamada tək tərəfli bir mövqe göstərdiyini bildirir./ans/