Bakıda güclü yanğına səbəb olan üzlük istehsal edən şirkət Global Stone şirkətinin rəhbəri şübhəli şəxs qismində tutulub.

ANS TV-nin məlumatına görə, Global Stone Global Construction şirkətinin tərkibində fəaliyyət göstərir. Şirkətin Ağasadıq Gərəybəyli 23 A ünvanında yerləşən ofisi hazırda polis nəzarətindədir. 

Hadisə şahidləri bildirdilər ki, yanğından sonra hüquq-mühafizə orqanları əməkdaşları şirkətə gələrək, lazımi materialları müsadirə edib, rəhbər Miryusif Mahmudovu isə şübhəli şəxs kimi saxlayıblar. 

Qeyd edək ki, Global Construction divar üzlükləri istehsal edən bir şirkətdir. İstehsal zamanı istifadə olunan kimyəvi maddələr yanan zaman havaya zəhərli qazlar buraxır. Hansı ki, ölümcül səbəblərə yol açır.

Bu üzlüklərin alovlanmsı üçün xırda bir qığılcım bəs edər ki, alov bütün binaya yayılsın. Buna görə də Binəqədi rayonunda yanan binada bu qədər insan ölmü təsadüfi deyil. 

Qeyd edək ki, bu Bakı şəhərində ikinci belə hadisədir. Xətai rayonunda da bir anın içərisində alov bütün binanı bürümüşdür.