Beynəlxalq Qızıl Xaç Kimitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi bir neçə gün əvvəl erməni kəşfiyyatçıya baş çəkib.

BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın ANS-ə verdiyi məlumata görə, baş çəkmə mayın 18-də olub. Bildirilib ki, görüş zamanı erməni kəşfiyyatçının ailəsindən məlumat çatdırılıb. Həmçinin ondan ailəsi üçün məlumat alınıb.

Xatırladaq ki, dekabrın 27-də axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb. 

Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.