Millət vəkili Qənirə Paşayeva Türkiyə Kitab Fuarında Malatya, Afşin, Kahramanmaraş və Adıyamandan olan məktəblilərlə, öyrəncilərlə də görüşüb.

Onların Azərbaycana, kitaba və oxumağa olan həvəslərindən çox duyğulanan millət vəkili Qənirə Paşayeva hər birinə imzalı kitablarını hədiyyə edib.

Balaca öyrəncilərə Azərbaycandan, ortaq tarix və mədəniyyətimizdən danışan millət vəkili Qənirə Paşayeva onları Türkiyədən kənarda yaşayan Türk kökənli insanlarımızı, dövlət və toplumları da öyrənməyə çağırıb.

Öyrəncilərə Qarabağdan danışan millət vəkili Qənirə Paşayeva onlara özəlliklə Qarabağla bağlı hədiyyə qtdiyi "Karabağ hikayelerini" yaxşı oxumağa, ortaq tariximizi öyrənməyə və sahiblənməyə çağırıb.

Malatya, Afşin, Kahramanmaraş və Adıyamandan olan müəllimlər və məktəb direktorları millət vəkili Qənirə Paşayevaya təşəkkür ediblər və bu görüş və imzalı kitablar hədiyyələrinin, Azərbaycanla, Qarabağla bağlı söhbətlərin öyrəncilərin və onların xatirəsindən heç bir zaman çıxmayacağını deyib, qardaş Azərbaycana salamlar söyləyiblər.