Paytaxtda daha bir yol təmirə bağlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq Akademik Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov küçəsi ilə kəsişməsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hətəkəti tam məhdudlaşdırılıb. 

Sürücülərə alternativ olaraq Mətbuat prospektindən istifadə etmələri tövsiyə olunur.