TQDK sədri bu gün videokonfrans keçirəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün abituriyentlər üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası ilə əlaqədar videokonfrans keçirəcək. 

TQDK mətbuat mərkəzindən ans-ə daxil olan məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində təşkil olunacaq konfrans saat 15:00-da başlayacaq. 

Videokonfransda Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Şəki və Şərur şəhərlərində yaşayan abituriyentlər onlayn formada iştirak edə bilərlər. 

Bunun üçün konfrans keçirilən mərkəzlərə saat 14:00-da gələrək qeydiyyatdan keçmək tələb olunur. Konfransa qoşulmaq istəyən abituriyentlər Elektron Hökumət Təlim-Tədris Mərkəzinin qeyd olunan şəhərlərdə yerləşən ünvanlarına müraciət edə bilərlər. 

Gəncə şəhəri: Əhməd Cəmil küçəsi ev 1.
Mingəçevir şəhəri: Vəli Hüseynov küç. 4 
Lənkəran şəhəri: Heydər Əliyev 1 
Sumqayıt şəhəri: Heydər Əliyev prospekti, 4 mkr 
Şəki şəhəri : M.Ə.Rəsulzadə 156 A
Şirvan şəhəri : M.Ə.Rəsulzadə küçəsi 1
Şərur şəhəri: Heydər Əliyev prospekti 37A

Qeyd edək ki, konfransda abituriyentlərə qəbul prosesi ilə bağlı bir çox vacib məlumat və tövsiyələr verilməklə yanaşı onları maraqlandıran suallar da cavablandırılacaq.