Samuxda 5 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib. Qəza Gəncə-Samux yolunun Gəncə çayı qzərində baş verib.
Samux rayon Polis Şöbəsindən ans-ə verilən məlumata görə hadisə yüksək sürət nəticəsində baş verib.
Vaz markalı avvtomobil çayın üzərindən aşıb. Məmmədov Zöhrab Faiq oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 51- BE- 826 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək Gəncə çayına aşıb. Qəza nəticəsində 5 nəfər dünyasını dəyişib, 6 nəfər isə yaralanıb.
Dünyasını dəyişənlər:
Zöhrab Faiq oğlu Məmmədov (sürücü)
Maral Mosu qızı İsmayılova
Hicran Səməndər qızı İsmayılova
Kafya İsmayılova
Məleykə Rövşən qızı Həsənova (3 yaşı var)
Ölənlərdən Kafya İsmayılova hadisə yerində, qalan 4 nəfər isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib.
Yaralanan şəxslər bunlardır:
Fatimə Zöhrab qızı Məmmədova ( 3 yaşı var )
Rəqsanə Faiq qızı Məmmədova
Məmmədova Zöhrə Faiq qızı
Namilə Mirzəli qızı İsmayılova
Sənan Elçin oğlu Hüseynov
Sənan Elçin oğlu Verdiyev
Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.