Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

İradə Gülməmmədova buna qədər Abşeron Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışıb.

O, həmçinin Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının üzvüdür./apa/