Suriyada hərbi əməliyyatlarda iştirak edən Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələri Türkiyənin hava məkanını pozublar.

Trend-in xəbərinə görə, bu barədə Türkiyə XİN-in məlumatında deyilir.

Rusiya hərbi təyyarələrinin Türkiyənin hava məkanını oktyabrın 3-də pozduğu bildirilir.