Türkiyənin Diyarbəkir vilayətində hərbi avtomobilin partladılması nəticəsində 23 əsgər yaralanıb.

İnsident Kocaköy - Lice yolunda qeydə alınıb.

Yaralı əsgərlərin 17-si Diyarbəkır Hərbi Xəstəxanasına, 6-sı isə  Dəclə Universitetinin Tibb Fakültəsi Xəstəxanasına çatdırılıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Hadisənin ardından bölgədə bəzi giriş-çıxış yolları bağlanıb, qaçan terroristlərin tutulması üçün genişmiqyaslı əməliyyat başlayıb.