Salman Əlizadə və Cavid Quliyev rəqiblərini məğlub etdi.

Cənubi Koreya Respublikasının Munqyeonq şəhərində keçirilən Hərbçilərin 6-cı Dünya Oyunlarında boks yarışlarında ölkəmizi təmsil edən Salman Əlizadə (49 kq) və Cavid Quliyev (64kq) rəqiblərini məğlub edərrək 2-ci tura yüksəlib. 

49 kq çəki dərəcəsində Salman Əlizadə şri-lankalı Pahala Qamaqe Eranqa Maduşanı, 64 kq çəki dərəcəsində isə Cavid Quliyev isə zambiyalı Lumbve Çarles Bvalyayı məğlub edib. Nəticədə, boksçularımız 2-ci tura yüksəliblər. 

Boksçularımız Məsud Yusifzadə (52 kq) və Məmmədəli Tahirzadə (91kq) ilk döyüşlərində məğlub olublar. Belə ki, Məsud Yusifzadə mərakeşli Dara Abdelaliyə, Məmmədəli Tahirzadə isə almaniyalı Albon Pervizaja məğlub olublar.



Bundan əvvəl Vüqar Şirinli, Nicat Şıxəlizadə, Hüseyn Rəhimli, Elmar Qasımov və Tural Safquliyevdən ibarət cüdo üzrə yığma komandamız yarışın bürünc medalını qazanıb./ans/