Bakının Nəsimi rayonunda rəfiqələr arasında mübahisə qanlı sonluqla nəticələnib.

Hadisə rayon ərazisindəki kafelərdən birində baş verib. 45 yaşlı Xatirə Babayeva işlədiyi kafedə rəfiqəsi tərəfindən döyülüb. Çoxsaylı sınıq xəsarətləri alan yaralı xəstəxanaya gətirilib.

Həkim Xatirə Babayevanın vəziyyətinin az ağır olduğunu bildirib.

Hadisə barədə polisə məlumat verilib.

Faktla əlaqədar Nəsimi Rayon Polisi İdarəsində araşdırmalar aparılır./apa/