Bakıda II Fəxri Xiyabanda dünən Nardaranda terrorçularla baş vermiş qarşıdurma zamanı həlak olmuş polis mayoru Vüqar Nəsibov və İsmayıl Tağıyevin dəfn mərasimi keçirilib.

Mərhumları son mənzilə yola salmaq üçün çox sayda ictimai xadim, hüquq-mühafizə orqanlarının əməkdaşları, vətəndaş toplaşıb.

Dəfn mərasiminə Daxili işlər naziri Ramil Usubov, , Müdafiə naziri Zakir Həsənov, Milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, Baş prokuror Zakir Qaralov da qatılıblar.

Qəhrəmancasına həlak olmuş polsilərin dəfn mərasimində Azərbaycan Dövlətinin himni səsləndirilib, üç dəfə yaylım atəşi açılıb./trend/