“Bu gün Rusiyada baş verənlər bir daha sübut edir ki, bu dövlət özünü böhrana doğru sürükləyir. Vəziyyətdən çıxış yolu tapmaq əvəzinə situasiyanı daha da gərginləşdirirlər. Moskvadakı Türkiyə Böyük Elçiliyini yumurta yağışına tutan və elçiliyin pəncərələrini sındıran rus faşistləri başa düşməlidirlər ki, onların türk respublikalarındakı səfirliklərini də bu aqibət gözləyir”.

Cebhe.info xəbər verir ki, Türkiyənin Rusiyadakı səfirliyinə edilən hücuma münasibət bildirən tarixçi alim, professor Dilavər Əzimli belə deyib. D. Əzimlinin sözlərinə görə, Türkiyənin bayrağını yandırmaqla özünün aşağalıq kompleksini əks etdirən Rusiya doğrudan da ayı səviyyəsindən yuxarı inkişaf etməyibdir:

“Onlar başa düşmürlər ki, bu hərəkətlərlə özlərinə nə qədər nifrət qazanırlar. Bizim Azərbaycanda onları müdafiə edən "rus nökərləri" də özlərini yığışdırsınlar. Bu millətin heysiyyatı ilə oynamayın! Bu qədər də qul psixologiyası olarmı? Bu ölkəni bəyənmirsinizsə, yığışın gedin Rusiyaya. Nə qədər istəsəniz, yalvarın!

Siz bu ölkənin milli maraqlarına xəyanət edirsiniz. Bu qədər də vicdansızlıq olarmı? Unutmayın ki, bu ölkə türk-müsəlman ölkəsidir. Bu ölkə Rusiyanın vilayəti deyil. Görünür ki, yanlış düşünürsünüz. Elə bilirsiniz ki, keçmişi, SSRİ-ni qaytaracaqsınız. SSRİ məzara gömüldü. Rusiya atdığı addımlarla bu məzara doğru gedir.

Bu dövlət nə qədər şovinist, faşist bir dövlət imiş!

Ən dəhşətlisi də odur ki, bizim ölkədə nə qədər onun quyruqları varmış”.