İdmanla məşğul olmaq gündəlik həyat tərzimizə çevrilib.

Bu sözləri peşəkar kikboksçu Xəyal Əhmədov söyləyib. “Ölkəmizdə idmanın inkişafı üçün hərtərəfli imkan yaradılıb. Gənclərimizin idmana cəlb olunması və onlarda bu sahəyə marağın yaradılması üçün dövlət tərəfindən həyata keçirilən proqramlar gələcək nəsillərin sağlam yetişməsinə böyük təsir göstərəcək. Uğurlu beynəlxalq idman layihələri buna xidmət edir”.

X.Əhmədov Azərbaycan Kikboksinq Federasiyasının bir sıra beynəxalq idman yarışları təşkil etməklə, ölkənin idman siyasətində fəal olduğunu göstərdiyini vurğulayıb:

“Federasiyamızın rəhbəri, millət vəkili Adil Əliyev idmançılarımızın beynəlxalq yarışlarda çıxış etməsi üçün öz dəstəyini əsirgəmir və bu fəaliyyət federasiyamızın əsas xəttini təşkil edir. Bu gün ölkəmizə sağlam ruhlu gənclər lazımdır.

Bu günün idmançıları sabahın əsgər və zabitləridir. Torpaqlarımız işğal altındadır və bizi qarşıda torpaqlarımızın azadlığı gözləyir. Bir kikboksçu olaraq, ali baş komandanın əsgəriyəm. Bununla fəxr edirəm”.