Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət edərək heç vaxt dinc əhalini, mülki obyektləri və avtomobilləri atəşə tutmayıb.

Bunu Azərbaycan Müdafiə Nazirliyindən erməni tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki təxribatı ört-basdır etmək və Azərbaycanı günahlandırmaq məqsədilə guya mülki şəxsə məxsus “VAZ-2106” markalı avtomobilin vurulması barədə absurd xəbərlərinə münasibət bildirərkən deyilib.

Nazirlikdən bildirib ki, bu kimi məlumatların heç bir əsası yoxdur və növbəti erməni yalanıdır.